Azərbaycan əhalisi qazancının yarısını ərzağa xərcləyib


Digərləri 11 Okt 2018 17:32:00 223 0

Azərbaycan əhalisi qazancının yarısını ərzağa xərcləyib

Rəsmi statistika deyir ki, bu ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 26,2 mlrd. manat olub.

Son.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən oxu.az-a bildiriblər ki, ticarət dövriyyəsinin 13 133,9 mln. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 024,2 mln. manatını qeyri-ərzaq məhsulları təşkil edib.

Bu ilin 10 ayında satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-sentyabr aylarında ərzaq məhsulları üzrə 2,1% və qeyri-ərzaq üzrə 3,3% üstələyib.

Alıcılar pullarının 45,9%-ni ərzaq məhsulları almağa xərcləyiblər. Xərclərin 4,3%-i içkilər və tütün məmulatlarının, 18,2%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3%-i elektrik malları və mebellərin, 5,7%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.