Azərbaycanda meşələrin girişçıxışlarına kameralar quraşdırılacaq


Digərləri 11 Okt 2018 17:24:00 281 0

Azərbaycanda meşələrin girişçıxışlarına kameralar quraşdırılacaq

Son 3 ay ərzində qanunsuz ağac kəsintisi nəzərəçarpacaq dərəcədə azalıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Firdovsi Əliyev deyib.

Nazir müavini bildirib ki, bu ilin son 6 ayı ərzində Bakı şəhəri ərazisində 61 ağacın icazəsiz kəsildiyi, 98 ağacın isə zədələndiyi aşkar edilib.

F.Əliyevin sözlərinə görə, bununla bağlı 59 təqsirkar şəxsə 71800 manat məbləğində cərimə, 23745 manat məbləğində ziyan tətbiq olunub. 40 fakt üzrə təqsirkarların tapılması və qanunamüvafiq tədbir görülməsi üçün polis orqanlarına müraciət edilib:

"Müqayisə üçün bildirək ki, son 3 ay ərzində isə 12 ağacın kəsildiyi, 14 ağacın zədələndiyi müəyyən edilib. Rəqəmlər də bunu deməyə əsas verir ki, son 3 ayda ağac kəsintisi nəzərəçarpacaq dərəcədə azalıb".

F.Əliyev deyib ki, aparılan təhlillər göstərir ki, nazirliyin "qaynar xətt"inə ağacların kəsilməsi ilə bağlı daxil olan şikayətlərin sayında da əhəmiyyətli dərəcədə azalma var:

"May ayında ağac kəsintisi üzrə 30 şikayət daxil olduğu halda, sentyabr ayında bu rəqəm azalaraq 15 olub.

Vətəndaşlar tərəfindən kəsilmə təhlükəsi olan ağaclar barədə verilən məlumatlar əsasında isə 30-a yaxın ağacın kəsilməsinin qarşısı alınıb. Yaşıllıqların mühafizəsində göstərdikləri vətəndaşlıq mövqeyinə, nazirliyin fəaliyyətinə dəstək verdiklərinə görə bu şəxslərə nazirlik tərəfindən təşəkkür bildirilib.