Bakının 3cü mikrorayon dairəsində diqqətli olun


Digərləri 11 Okt 2018 17:12:00 237 0

Bakının 3cü mikrorayon dairəsində diqqətli olun

AAYDA-dan Son.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər səhər saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Yusif Nəsirli Son.az