Heydər Əliyev Mərkəzində Mixail Turetskinin daha bir unikal layihəsi"Soprano" qrupunun konserti olacaq


Digərləri 11 Okt 2018 16:32:00 238 0

Heydər Əliyev Mərkəzində Mixail Turetskinin daha bir unikal layihəsi"Soprano" qrupunun konserti olacaq

"Turetski xoru"nun oktyabrın 10-da Heydər Əliyev Mərkəzində möhtəşəm ifalar və maraqlı şou ilə dolu çıxışı ilə yanaşı, Rusiyanın Xalq artisti Mixail Turetskinin daha bir qrupunun Bakıda konserti olacaq.

Son.az xəbər verir ki, Heydər Əliyev Fondundan Trend-ə verilən məlumata görə, belə ki, noyabrın 30-da Heydər Əliyev Mərkəzində Mixail Turetskinin "Soprano" art qrupunun ilk dəfə konserti keçiriləcək. Kollektiv Bakıda tamaşaçılara rəngarəng proqram təqdim edəcək.

"Soprano" Mixail Turetskinin unikal vokal layihəsidir - qadın səslərinin toplusudur. Art qrupda təbiətdə mövcud olan səslərin bütün fərqlilik və zənginliklərinə - ən yüksəkdən (koloratur soprano) tutmuş ən aşağı (mezzo) tembrədək rast gəlmək mümkündür.

Kollektivin repertuarına müxtəlif janrlarda əsərlər - klassika, pop, rok, folklor, caz daxildir. Qrup konsert proqramlarında musiqi şoularını auditoriya ilə interaktiv şəkildə təqdim edir.

"Soprano" bir sıra beynəlxalq idman tədbirlərinin - Soçidə keçirilmiş "Formula 1" Qran-pri yarışlarının, futbol oyunlarının, hər il keçirilən "Birinci kanalın kuboku" xokkey turnirinin musiqili səfiri olub.