Mamayevlə Kokorin həbs olunacaq


İdman 11 Okt 2018 16:21:00 255 0

Mamayevlə Kokorin həbs olunacaq

Pavel Mamayev və Aleksandr Kokorin xuliqanlıq işi üzrə saxlanılıblar.

Goal.az  xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi yaxın vaxtlarda onların hər ikisinə qarşı ittiham irəli sürüləcəyini bildirib: "İstintaq artıq sabah onların barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müraciət edəcək. Bu həm həbs, həm də ev dustaqlığı ola bilər".

Qeyd edək ki, idmançılar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak və aparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçukun döyülməsində ittiham olunurlar. Onlar dostları ilə birlikdə səhər yeməyi üçün kafeyə üz tutub. Ancaq yemək zamanı səs-küy salan futbolçular ətrafdakıların və kafe personalının ciddi etirazı ilə qarşılaşıblar. Etirazını daha sərt şəkildə bildirən dövlət məmurları - Denis Pak və Sergey Qaysin isə futbolçuların hücumuna məruz qalıb.