Yaqland: Rusiya gələn il AŞ PA-nın işində iştirakdan imtina edəcək


Digərləri 11 Okt 2018 16:23:10 248 0

Yaqland: Rusiya gələn il AŞ PA-nın işində iştirakdan imtina edəcək

Rusiya Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) işində iştirakdan yenə də imtina edəcək.

Bakı. Rusiya Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) işində iştirakdan yenə də imtina edəcək. Trend-in məlumatına görə, bunu AŞ PA-nın Strasburqda keçirilən plenar sessiyasında Avropa Şurasının baş katibi Torbyorn Yaqland deyib. O qeyd edib: "Rusiya tərəfindən eşitdiyim kimi, onlar yanvarda qayıtmayacaqlar. Mənə belə deyildi və mən bu məlumatı Avropa Şurası Nazirlər komitəsinə çatdırdım".