Heydər Əliyev Mərkəzində Mixail Turetskinin daha bir unikal layihəsi-"Soprano" qrupunun konserti olacaq


Digərləri 11 Okt 2018 16:15:00 259 0

Heydər Əliyev Mərkəzində Mixail Turetskinin daha bir unikal layihəsi-"Soprano" qrupunun konserti olacaq

Rusiyanın Xalq artisti Mixail Turetskinin daha bir qrupunun Bakıda konserti olacaq.

Bakı. "Turetski xoru"nun oktyabrın 10-da Heydər Əliyev Mərkəzində möhtəşəm ifalar və maraqlı şou ilə dolu çıxışı ilə yanaşı, Rusiyanın Xalq artisti Mixail Turetskinin daha bir qrupunun Bakıda konserti olacaq. Heydər Əliyev Fondundan Trend-ə verilən məlumata görə, belə ki, noyabrın 30-da Heydər Əliyev Mərkəzində Mixail Turetskinin "Soprano" art qrupunun ilk dəfə konserti keçiriləcək. Kollektiv Bakıda tamaşaçılara rəngarəng proqram təqdim edəcək. "Soprano" Mixail Turetskinin unikal vokal layihəsidir – qadın səslərinin toplusudur. Art qrupda təbiətdə mövcud olan səslərin bütün fərqlilik və zənginliklərinə – ən yüksəkdən (koloratur soprano) tutmuş ən aşağı (mezzo) tembrədək rast gəlmək mümkündür. Kollektivin repertuarına müxtəlif janrlarda əsərlər – klassika, pop, rok, folklor, caz daxildir. Qrup konsert proqramlarında musiqi şoularını auditoriya ilə interaktiv şəkildə təqdim edir. "Soprano" bir sıra beynəlxalq idman tədbirlərinin – Soçidə keçirilmiş "Formula 1" Qran-pri yarışlarının, futbol oyunlarının, hər il keçirilən "Birinci kanalın kuboku" xokkey turnirinin musiqili səfiri olub.