Monitorinqlərin NƏTİCƏLƏRİ açıqlandı


Digərləri 11 Okt 2018 16:01:00 239 0

Monitorinqlərin NƏTİCƏLƏRİ açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi daş karxanalarında keçirilən monitorinqlərin nəticələrini açıqlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov məlumat verib.

R.Bağırovun sözlərinə görə, atmosfer havasını çirkləndirən, havanı bürüyən toz-dumanın digər bir mənbəyi də şərqdən və qərbdən Bakını əhatə edən daş karxanalarıdır ki, bununla bağlı nazirliyə çoxlu sayda şikayət və müraciətlər daxil olur:

"Apardığımız monitorinq və araşdırmalar zamanı əksər daş karxanalarının fəaliyyətində pozuntular aşkar edilib. Araşdırmaların nəticələri göstərib ki, bir çox daş karxanalarının istismarçıları müvafiq icra hakimiyyətinin torpaq ayırmaya dair sərəncamı olmadan, ekoloji norma və qaydalara riayət etmədən fəaliyyət göstərir, təbiətə, ətraf ərazilərdə yaşayan sakinlərə böyük ziyan vururlar. Buna görə karxana sahiblərinə və istismarçılara qarşı cərimələr tətbiq olunub".