Son xəbərdarlıqlara əməl etməyən iaşə obyektlərinin bağlanması ilə bağlı vəsatət qaldırılacaq


Digərləri 11 Okt 2018 15:43:00 286 0

Son xəbərdarlıqlara əməl etməyən iaşə obyektlərinin bağlanması ilə bağlı vəsatət qaldırılacaq

Müasir standartlara uyğun təmizləyici qurğuları olmayan şadlıq evləri, restoranlar və ictimai-iaşə obyektlərinin fəaliyyəti nəticəsində atmosferə külli miqdarda tüstü və müxtəlif zərərli qaz qarışıqları atılır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov deyib.

Departament rəhbəri bildirib ki, bu vəziyyət havanın çirklənməsinə, ətrafda yaşayan sakinlərin sağlamlığına zərər vurur, insanlarda narahatlıq yaradır və əhalinin haqlı narazılığına səbəb olur:

"Əhali tərəfindən ETSN-ə daxil olan çoxsaylı şikayətlər əsasında bu ilin may ayından bugünədək Bakı şəhərinin inzibati rayonları və Abşeron rayonu ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektlərindən 217-sinin ətrafında monitorinq və araşdırma aparılıb.