Bu il Azərbaycanın xarici ticarət dövriyyəsi 20 milyard dollardan çox olub


Digərləri 11 Okt 2018 15:25:00 215 0

Bu il Azərbaycanın xarici ticarət dövriyyəsi 20 milyard dollardan çox olub

2018-ci ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 102 ölkəyə məhsul ixrac olunub, 166 ölkədən idxal olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 20 milyard 275,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 13 milyard 412,2 milyon dollar, idxalın dəyəri 6 milyard 863,5 milyon dollar təşkil edib, nəticədə 6 milyard 548,7 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2017-ci ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,8 faiz, o cümlədən ixrac 37,7 faiz, idxal 29,5 faiz artıb. Real ifadədə dövriyyə 0,2 faiz, o cümlədən ixrac 1,0 faiz artıb, idxal isə 1,2 faiz azalıb.