Sumqayıtda quldurluqda şübhəli bilinən şəxs saxlanıldı


Digərləri 11 Okt 2018 15:02:00 228 0

Sumqayıtda quldurluqda şübhəli bilinən şəxs saxlanıldı

Sumqayıtda quldurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, oktyabrın 10-da DİN-in "102 - Zəng Mərkəzi"nə Sumqayıt şəhəri ərazisində quldurluq hadisəsi baş verməsi barədə müraciət daxil olub.

Məlumatla əlaqədar dərhal Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, saat 16 radələrində Sahil küçəsində Bakı şəhər sakini Zaur Nəcəfovun idarə etdiyi "Saipa" markalı avtomobilə minən 2 sərnişin Corat qəsəbəsinə gedəcəklərini deyib, qəsəbə ərazisində isə sürücünü hədələyərək avtomobilin saxlanc yerindəki 10 manatı da götürüb gediblər.