Kişi mollalara maşın verildi,


Digərləri 11 Okt 2018 14:45:00 292 0

Kişi mollalara maşın verildi,

Oktyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunda 14 dini icmaya "Khazar SD" markalı avtomobillərin açarları təqdim olunub.

Həmçinin, noyabr ayında daha 7 dini icmaya avtomobillərin verilməsi nəzərdə tutulub.

Maraqlıdır ki, ölkədə qadın mollalar olsa da, avtomobillərin hədiyyə edilməsi prosesində onların adına rast gəlmədik.

Bu, nə ilə bağlıdır?

Gələcəkdə bu siyahıya qadın mollalar da daxil edilə bilərmi?

Həmçinin, mollalara  maşın verilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Niyə məhz mollalar? Məsələ ictimaiyyət arasında və sosial şəbəkələrdə "səs-küy" doğurub.

Bu və ya digər suallarla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini Səyyad Arana müraciət etdik.

Son.az xəbər verir ki, o, modern.az-a açıqlamasında deyib ki, rəsmi qadın mollaların sayı çox azdır.

"Yəqin ki,  gələcəkdə qadın mollalara da belə hallar şamil olunar. Amma deyim ki, Azərbaycanda  99,9% din adamları kişilərdir. Rəsmi qadın mollaların sayı barmaqla sayılacaq qədərdir. Kimlərsə mollalıq edə bilər. Ancaq onların rəsmi statusu yoxdur. Özbaşına gedib mollalıq edirlər". 

Komitə rəsmisi qadın mollaların rəsmi ad almamasına da aydınlıq gətirib: