Girovlardan daha məktub gəlmir


Siyasət 11 Okt 2018 14:37:29 91 0

Girovlardan daha məktub gəlmir

İki aydan çoxdur ki, Şahbazdan məktub almırıq.

Son.az xəbər verir ki, bu barədə modern.az-a erməni girovluğunda olan Şahbaz Quliyevin bacısı İradə Quliyeva məlumat verib. Onun sözlərinə görə, yaxınları sonuncu dəfə iyulun 29-u girova məktub yazıblar:

"Bu yaxınlarda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) zəng etdim ki, iki aydır qardaşıma yazdığımız məktuba cavab almırıq. Komitə səbəbini izah edə bilmədi və bir xəbər olsa, sizə bildirəcəyik, dedilər. Avqust ayında BQXK əməkdaşları girovlara baş çəkiblər. Amma bizə heç bir məktub, məlumat çatdırılmayıb".

İradə Quliyeva girovlara məktub yazmağa imkan yaradılmadığı barədə iddialara da münasibət bildirib. Girovun bacısı bunu inandırıcı hesab etmir:

"Şahbaz vaxtaşırı bizə yazırdı, durumundan, halından xəbər verirdi. Çox müəmmalıdır ki, iki aydır məktubumuza cavab yoxdur. Ümid edirəm ki, heç olmasa bizim son yazdığımız məktub ona çatıb".

İşğal olunmuş ərazilərimizdə girov saxlanan digər həmvətənimiz Dilqəm Əsgərovun ailəsi isə 2017-ci ilin noyabrından bu günə qədər girovdan məktub almır. D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib ki, dəfələrlə BQXK əməkdaşlarına bu barədə müraciət edib:

"Onlar isə sadəcə atamın məktub yazmaq istəmədiyini əsas gətirirlər. Təbii ki, buna inanmıram. Necə olur ki, atam 11 aydır məktub yazmaq istəməsin? Düşünürəm ki, Ermənistan hakimiyyəti atamın bizə yazmağına imkan vermir".

2014-cü il iyul ayında soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Qəza törədən baş həkim danışdı: "Deyirdilər ki, o, elə ölməyə layiq idi" like
  • 11 Okt 14:36  
Digərləri Qəza törədən baş həkim danışdı: "Deyirdilər ki, o, elə ölməyə layiq idi"

Binəqədi-Xırdalan şossesində hərəkətdə olarkən sərxoş vəziyyətdə

arrow Ətraflı
Bakıda istixanada çətənə kolu yetişdirən şəxs saxlanıldı  FOTO like
  • 11 Okt 14:35  
Digərləri Bakıda istixanada çətənə kolu yetişdirən şəxs saxlanıldı FOTO

Bakının Sabunçu rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə m

arrow Ətraflı
Tərtərli gənc neytral zonada minaya düşdü like
  • 11 Okt 14:32  
Digərləri Tərtərli gənc neytral zonada minaya düşdü

Tərtər rayonu Həsənqaya kənd sakini neytral zonada minaya düşüb.

arrow Ətraflı
Azərbaycanlı gənc Gürcüstanda son məhkəməyə çıxacaq? like
  • 11 Okt 14:28  
Digərləri Azərbaycanlı gənc Gürcüstanda son məhkəməyə çıxacaq?

"Real həyatda heç kəs, hətta Gürcüstan hüquq-mühafizə orqanları Orxan

arrow Ətraflı
"Faiqin söhbəti məni uzaqlara apardı" like
  • 11 Okt 14:25  
Şou-biznes "Faiqin söhbəti məni uzaqlara apardı"

Əməkdar artist Nərgiz Cəlilova illər öncə çəkilən fotonu yayımlayıb.

arrow Ətraflı
Türkiyəli məşhur müğənni like
  • 11 Okt 14:20  
Dünya Türkiyəli məşhur müğənni

Türkiyəli məşhur xanım müğənni Tuba Ergüzel (33) intihar edib.

arrow Ətraflı
Fələstin Azadlıq Təşkilatının Vaşinqtondakı ofisi rəsmən bağlanıb like
  • 11 Okt 14:16  
Dünya Fələstin Azadlıq Təşkilatının Vaşinqtondakı ofisi rəsmən bağlanıb

Fələstin Azadlıq Təşkilatının (FAT) Vaşinqtonda yerləşən ofisi rəsmi

arrow Ətraflı
Kapital Bank 2018-ci ilin III rübünün nəticələrini elan edib like
  • 11 Okt 14:14  
Digərləri Kapital Bank 2018-ci ilin III rübünün nəticələrini elan edib

Kapital Bank-ın aktivləri 1 sentyabr 2018-ci il tarixinə 3,5 milyard manat t

arrow Ətraflı
Bakıda ərarvadı döyərək 25 min manat oğurlayan şəxs tutuldu like
  • 11 Okt 14:12  
Digərləri Bakıda ərarvadı döyərək 25 min manat oğurlayan şəxs tutuldu

Quldurluq etməkdə şübhəli bilinən qrupun digər üzvü də saxlanılıb.

arrow Ətraflı
Təyyarə qəzası: like
  • 11 Okt 14:10  
Dünya Təyyarə qəzası:

Yüngül təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb

arrow Ətraflı