Ekspert: "Azərbaycan müdafiə potensialını davamlı şəkildə gücləndirmək üçün ən müasir hərbi texnikaları almaqdan çəkinməyəcək"


Digərləri 11 Okt 2018 14:20:00 247 0

Ekspert: "Azərbaycan müdafiə potensialını davamlı şəkildə gücləndirmək üçün ən müasir hərbi texnikaları almaqdan çəkinməyəcək"

Azərbaycan müdafiə potensialını davamlı şəkildə gücləndirmək üçün ən müasir hərbi texnikaları almaqdan çəkinməyəcək.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyev bildirib ki, 9 ayda Azərbaycanın hərtərəfli inkişaf göstəricilərini Prezident İlham Əliyevin təqdimatından daha dolğun ifadə etmək mümkün deyil: "İqtisadi, siyasi, sosial, biznes sferaları və xarici siyasətə aid Prezidentin fikirlərini ayrı-ayrı təhlil edəndə daha konkret məqamlara çıxmaq mümkündür. Məsələn, cənab Prezident silah və hərbi texnika alışını nəzərdə tutaraq bildirdi ki, "bundan sonra yalnız ən müasir texnikanı, silahları almaq fikrindəyik, bu texnikanı bizə satmaq istəyən ölkələrin sayı artır... Əvvəlki illərlə müqayisədə bu gün biz seçim edirik, nəinki hansısa bir təchizatçıya bağlıyıq".