Kapital Bank 2018-ci ilin III rübünün nəticələrini elan edib


Digərləri 11 Okt 2018 14:14:35 217 0

Kapital Bank 2018-ci ilin III rübünün nəticələrini elan edib

Kapital Bank-ın aktivləri 1 sentyabr 2018-ci il tarixinə 3,5 milyard manat təşkil edib.

Bakı. Kapital Bank-ın aktivləri 1 sentyabr 2018-ci il tarixinə 3,5 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,4 milyard manat olub. Bankda müştəri depozitlərinin həcmi 1 sentyabr 2018-ci il tarixinə 2,7 milyard manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 milyard manat təşkil edib ki, hesabat dövrünün əvvəli ilə müqayisədə bu göstərici 235 milyon manat çoxdur. Bankın 1 sentyabr 2018-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 295,3 milyon manat, adi və imtiyazlı səhmlər isə 205,8 milyon manat təşkil edir.