Bakıda aptekdə qadının oğurluğu kameraya düşdü VİDEO


Kriminal 11 Okt 2018 13:35:00 257 0

Bakıda aptekdə qadının oğurluğu kameraya düşdü  VİDEO

Bakıda “28 May” metro stansiyasının yaxınlığında yerləşən apteklərin birində oğurluq hadisəsi qeydə alınıb

Bakıda "28 May" metro stansiyasının yaxınlığında yerləşən apteklərin birində oğurluq hadisəsi qeydə alınıb.

Son.az bildirir ki, oxu.az-ın redaksiyasına müraciət edən zərərçəkmiş S.A. bildirib ki, pulqabısını aptekdə unudub. 

Sonradan müşahidə kamerasının yazısını izlədikdə, pulqabının aptekdə olan digər qadın tərəfindən oğurlandığı məlum olub. Qadın əvvəlcə vitrində qalan pulqabının üstünü çantası ilə örtüb. Dərmanları alıb ödəniş etdikdən sonra isə pulqabını da götürərək apteki tərk edib.