Beynəlxalq sertifikatlar təqdim edən imtahanlar artıq DİM-də


Digərləri 11 Okt 2018 13:13:00 192 0

Beynəlxalq sertifikatlar təqdim edən imtahanlar artıq DİM-də

Artıq “PTE Academic” ingilis dili, eləcə də müxtəlif sahələr üzrə beynəlxalq sertifikatlar təqdim edən imtahanları Dövlət İmtahan Mərkəzində verə bilərsiniz.

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi (DİM) “Pearson VUE” təşkilatının rəsmi kompüter əsaslı test mərkəzi olaraq beynəlxalq sertifikat təqdim edən “PTE Academic”, həmçinin müxtəlif sahələrə aid (İT, Maliyyə, Mühasibat, Menecment, Tibb və s.) 100-ə yaxın imtahanı keçirmək hüququnu əldə edib. Bu barədə Trend-ə DİM-dən məlumat verilib. Qeyd edək ki, “Pearson VUE” təhlükəsiz şəraitdə onlayn imtahanlar keçirən və test sahəsində fəaliyyət göstərən şirkətlər arasında lider hesab olunur. “Pearson VUE” hər il 14 milyondan çox insanın imtahan verdiyi, Microsoft, CFA, CİMA, HP, Cisco, və s. şirkətlərin tərəfdaşı olduğu test mərkəzidir.