Heydər Əliyev Beynəlxalq Aeroportu 9 ay ərzində təxminən 3,5 milyon sərnişinə xidmət göstərib


Digərləri 11 Okt 2018 13:04:00 241 0

Heydər Əliyev Beynəlxalq Aeroportu 9 ay ərzində təxminən 3,5 milyon sərnişinə xidmət göstərib

2018-ci ilin ilk doqquz ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 3,49 milyon sərnişinə xidmət göstərib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, bu göstərici ötən ilin analoji göstəricisindən 10 faiz çoxdur.

"Azərbaycan Hava Yolları" (AZAL) milli aviadaşıyıcısının payına 1 milyon 512 min sərnişin, milli loukoster "Buta Airways"in payına isə 345 min sərnişin düşüb.

İlin əvvəlindən etibarən 3 milyon sərnişin (ümumi sərnişin dövriyyəsinin 86 faizi) beynəlxalq reyslərlə daşınıb. Beynəlxalq sərnişinlərin ümumi sayının 34 faizi AZAL-ın, 11,5 faizi isə "Buta Airways"in payına düşüb.

Sentyabr ayında beynəlxalq sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və "Buta Airways" ilə yanaşı "FlyDubai", "Turkish Airlines", "Air Arabia", "Aeroflot", "UIA" (Ukrayna Beynəlxalq Hava Yolları), "Qatar Airways", "Utair", "Iraqi Airways", "Lufthansa" və "S7 Airlines" daxil olub. Onlar ümumilikdə 143 min sərnişinə xidmət göstərib.