11 oktyabr Beynəlxalq Qız övladları günüdür VİDEO


Digərləri 11 Okt 2018 12:50:00 278 0

11 oktyabr  Beynəlxalq Qız övladları günüdür  VİDEO

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi Beynəlxalq Qız övladları günü münasibətilə cinsə görə edilən abortlara qarşı yönəlmiş "404:Not Found" adlı videoçarx ərsəyə gətirib.

Son.az Trend-ə istinadən bildirir ki, videoçarxda qızlara dünyaya gəlmək şansı verildiyi təqdirdə onların cəmiyyətə nə qədər töhfə verə biləcəyi nümayiş etdirilir və selektiv abortların gender əsaslı ayrı-seçkilik nəticəsində qadınların cəmiyyətdə iştirakını məhdudlaşdıran stereotiplərdən qaynaqlanması vurğulanır.

11 oktyabr Beynəlxalq Qız övladları günü kimi dünyanın əksər ölkələrində qeyd olunur. BMT-nin Baş Assambleyasının qərarı ilə 2012-ci ildən təsis olunan bu gün qızların hüquqlarının müdafiəsi, onlar üçün səhiyyə, təhsil və digər imkanların müyəssərliyinin, eyni zamanda cəmiyyətdə gender bərabərliyinin təmin olunmasına diqqətin artırılması məqsədinə xidmət edir.

Təəssüf ki, Azərbaycanda qız övladına münasibət birmənalı deyil. Cəmiyyətdə hökm sürən bir sıra stereotiplər qızları ailədə arzuolunmaz edir. Doğulan uşaqlar arasında cins nisbətinin bioloji normaya əsasən 105-106 olmasına baxmayaraq, məhz bu münasibət nəticəsində Azərbaycanda bu rəqəm 114 təşkil edir. Bu durumla qarşılaşan ölkələrin təcrübəsinə nəzər salsaq, aydın olur ki, bu gedişatla Azərbaycan cəmiyyəti qarşısı çox çətin alınan bir sıra problemlərlə üzləşə bilər.