Sumqayıtda quldurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb


Digərləri 11 Okt 2018 12:59:10 233 0

Sumqayıtda quldurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Sumqayıtda quldurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bakı. Sumqayıtda quldurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 10-da DİN-in “102 – Zəng Mərkəzi”nə Sumqayıt şəhəri ərazisində quldurluq hadisəsi baş verməsi barədə müraciət daxil olub. Məlumatla əlaqədar dərhal Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, saat 16 radələrində Sahil küçəsində Bakı şəhər sakini Zaur Nəcəfovun idarə etdiyi “Saipa” markalı avtomobilə minən 2 sərnişin Corat qəsəbəsinə gedəcəklərini deyib, qəsəbə ərazisində isə sürücünü hədələyərək avtomobilin saxlanc yerindəki 10 manatı da götürüb gediblər.