Əməkdar artist: "Ömrümə nə qədər qaldığını bilmirəm"


Şou-biznes 11 Okt 2018 12:41:00 335 0

Əməkdar artist: "Ömrümə nə qədər qaldığını bilmirəm"

Əməkdar artist Aybəniz Haşımova ATV-də yayımlanan "Şou ATV" verilişinin qonağı olub.

Son.az baku.ws-ya istinadən xəbər verir ki, mərhum həyat yoldaşının görünütlərini görən ifaçı göz yaşlarına hakim ola bilməyib.

A.Haşımova bunları deyib:

"Mən Allahımdan bir az da güc istəyirəm. Ömrümə nə qədər qaldığını bilmirəm. Allah hamıya ömür versin. Bu günə qədər gücüm tükəndikcə, Allah güc verdi. Ayaqda durmağa çalışdım və çalışıram. Bir onu Allahdan istəyirəm və sizə də bir onu demək istəyirəm ki, heç vaxt mənə görə utanmayacaqsınız. Mən bu millətin qızıyam, millətimi çox sevirəm, millətimin musiqisinə sadiqəm. Necə dünyaya gəlmişəm, elə də gedəcəyəm".