Bakıda özünü 3-cü mərtəbədən atmaq istəyən şagirdlə bağlı məktəbdən AÇIQLAMA


Digərləri 11 Okt 2018 12:10:00 230 0

Bakıda özünü 3-cü mərtəbədən atmaq istəyən şagirdlə bağlı məktəbdən AÇIQLAMA

Şagirdin qardaşı da bu məktəbdə 2-ci sinifdə təhsil alır.

Bakı. İlhamə İsabalayeva - Bakıda 302 nömrəli məktəbin 3-cü sinif şagirdi oktyabrın 10-u saat 08:48 radələrində, tənəffüs zamanı məktəbin 3-cü mərtəbəsinə qaçaraq özünü pəncərədən atmaq istəyib. Məktəbdən Trend-ə verilən məlumata görə, şagirdin ötən tədris ilindən dərsə davamiyyəti yaxşı olmadığına görə müvafiq tədbirlər görülüb və aydın olub ki, şagird dini təriqətli valideynlərinin təsiri altındadır. Şagirdin qardaşı da bu məktəbdə 2-ci sinifdə təhsil alır: