Mövsümi meyvələr nə zaman ucuzlaşacaq? VİDEO


Digərləri 11 Okt 2018 11:51:00 242 0

Mövsümi meyvələr nə zaman ucuzlaşacaq?  VİDEO

Nar, əsasən, Göyçay, Kürdəmir və Sabirabaddan gətirilir. Üzümün qiyməti 2.50 - 3 manat, əzgil 6-7, feyxoa 3-4 manat arasında dəyişir.

Payız gələndə havaların soyuması insanlarda bir sıra xəstəliklərə səbəb olur. Havanın temperaturunda baş verən ani dəyişikliklər orqanizmin immunitetini zəiflədir. İmmuniteti qaldırmaq üçün ən yaxşı vasitə isə bol meyvə ilə qidalanmaqdır. Nar, heyva, armud, mandarin bu mövsümdə ən çox istifadə olunan meyvələrdəndir.

Növündən, ölçüsündən asılı olaraq, qiymətlərdə fərqlilik müşahidə olunur. Ümumilikdə isə qiymətlər elə də ucuz deyil. Satıcılar bunun səbəbini meyvələrin bazarlara yeni çıxarılması ilə əlaqələndirir.

Nar, əsasən, Göyçay, Kürdəmir və Sabirabaddan gətirilir. Üzümün qiyməti 2.50 - 3 manat, əzgil 6-7, feyxoa 3-4 manat arasında  dəyişir. Bu meyvələrlə yanaşı, alıcılar arasında yaş qoza da tələbat var.

Satıcıların sözlərinə görə, mövsümi meyvələrin qiyməti bir həftə sonra enəcək.