Əməkdar artistin boşanma xəbəri yayıldı


Şou-biznes 11 Okt 2018 12:00:00 232 0

Əməkdar artistin boşanma xəbəri yayıldı

Əməkdar artist Naina İbrahimovanın boşanma xəbəri yayılıb.  Son.az axşam.az-a istinadən xəbər verir ki, İnstaqramda bəzi səhifələr aktrisanın bir müddətdir həyat yoldaşı ilə yollarını ayırdığını yazıb.  N.İbrahimova açıqlamasında bunun doğru olmadığını deyib: "Məşhurların şəxsi həyatı haqda bu cür xəbərlər tez-tez yayılır. Ola bilsin ki, mən tədbirlərə həyat yoldaşımla qatılmadığım üçün belə düşünüblər. Yoldaşımın vaxtı yoxdur ki, mənimlə hər yerə getsin. Bütün günü işdə olur. Boşanmamışam. Hələ də rəsmi olaraq nikahdayam. Əgər nə vaxtsa ayrılsam, bunu deməkdən heç çəkinmərəm". Qeyd edək ki, N.İbrahimova 2013-cü ildə ailə qurub. Onun 2015-ci ildə oğlu dünyaya gəlib.

Son.az