ARDNF dünyanın ən nüfuzlu 100 investoru siyahısına daxil edilib


Digərləri 11 Okt 2018 11:42:00 202 0

ARDNF dünyanın ən nüfuzlu 100 investoru siyahısına daxil edilib

Azərbaycanın suveren fondu Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2018-ci il dövlət vəsaitlərinin idarə edilməsi üzrə dünyanın ən nüfuzlu 100 investoru siyahısına daxil edilib. Qlobal miqyasda tanınan siyahıda ARDNF 10-cu yerdə qərarlaşıb.

Fonddan Son.az-a verilən məlumata görə, siyahıya mövcud şəraitdə vəsaitlərin idarə edilməsində fərqlənən dünyanın böyük suveren fondları, pensiya fondları, ianə fondları, mərkəzi bankları və s. təşkilatlar arasından seçilmiş 100 ən nüfuzlu investor daxil edilib.