Cəbhəboyu zonada bölmələrin qış mövsümünə hazırlığı yoxlanılır (FOTO)


Digərləri 11 Okt 2018 11:43:00 245 0

Cəbhəboyu zonada bölmələrin qış mövsümünə hazırlığı yoxlanılır (FOTO)

Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən Maddi-Texniki Təminat Baş İdarəsinin bir qrup zabiti cəbhəboyu zonada hündür dağlıq ərazi və şərt iqlim şəraitində yerləşən bölmələrdə olublar.

Bakı. Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən Maddi-Texniki Təminat Baş İdarəsinin bir qrup zabiti cəbhəboyu zonada hündür dağlıq ərazi və şərt iqlim şəraitində yerləşən bölmələrdə olublar. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin müavini - MTT qərargahının rəisi polkovnik Qədir Nəsibovun rəhbərlik etdiyi qrup bölmələrin qışa hazırlığı işinin keyfiyyətini, şəxsi heyətin qış mövsümü normalarına uyğun təminatı və təchizatını yoxlayıblar.