Bakıda baş həkim avtomobillə piyadanı vurub öldürdü


Digərləri 11 Okt 2018 11:21:00 223 0

Bakıda baş həkim avtomobillə piyadanı vurub öldürdü

Bakıda avtomobillə vurulan piyada xəstəxanada ölüb.

Bakı. Samir Əli - Bakıda avtomobillə vurulan piyada xəstəxanada ölüb. Trend-in məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində baş verib. Bakı şəhəri, 9 saylı Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Yunusov Arif Əhməd oğlunun idarə etdiyi "Hyundai Sonata" markalı 90-BB-636 dövlət nömrə nişanlı avtomobillə Binəqədi-Xırdalan şossesində hərəkətdə olarkən sərxoş vəziyyətdə yolu keçmək istəyən Məmmədov Yəhya Məmməd oğlunu vurub.