Bakıda üçüncü "Prime Travel Market" tədbiri baş tutub (FOTO)


Digərləri 11 Okt 2018 11:28:00 210 0

Bakıda üçüncü "Prime Travel Market" tədbiri baş tutub (FOTO)

"Prime Consulting" şirkətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Assosiasiyasının (AZTA) dəstəyi ilə üçüncü "Prime Travel Market" tədbiri baş tutub.

Bakı. Oktyabr ayının 9-da "Prime Consulting" şirkətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Assosiasiyasının (AZTA) dəstəyi ilə üçüncü "Prime Travel Market" tədbiri baş tutub. Tədbir Azərbaycanda, lüks turizm sahəsində ən uğurlu layihələrdən biridir. Ənənəyə sadiq qalaraq, tədbir JW Marriott Absheron otelində təşkil olunub. Tədbirdə Rusiya, Ukrayna, Qazaxıstan, Azərbaycan, Çexiya, Sloveniya, Belarusiya, İtaliya, İspaniya, İsveç, Almaniya, Hindistan, Meksika, Türkiyə, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və Cənubi Afrika ölkələrindən xarici turizm şirkətlərinin nümayəndələri iştirak edib. Tədbir zamanı qonaqlar və sərgi iştirakçıları münasibətlərin qurulması, möhkəmləndirilməsi və eyni zamanda gələcək əməkdaşlığın inkişafı üçün təcrübə və fikir mübadiləsi aparıblar. Prime Travel Marketin təşkilatçılarından aldığımız məlumata görə, bu il, sərgidə çoxlu sayda yerli və xarici turizm agentlikləri iştirak edib. Sərgi iştirakçıları arasında 5* otellər, eksklüziv kurort mərkəzləri, dünya mehmanxana zəncirləri, unikal butik otellər, Hava Yolları Şirkətləri, Lüks turoperatorlar və konsyerj şirkətləri var.