İrandan Azərbaycana narkotik keçirmək istəyənlər tutuldular FOTO


Kriminal 11 Okt 2018 11:15:00 196 0

İrandan Azərbaycana narkotik keçirmək istəyənlər tutuldular  FOTO

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahə­sində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DSX-dən Son.az-a verilən məlumata görə, 4 oktyabr tarixində sərhəd qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Füzuli rayonu Bala-Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti ərazisində həyata ke­çi­rilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respub­li­ka­sından Azərbaycan dövlət sərhədindən keçirilmiş 725 qram heroinlə Sabirabad rayon sakini 1970-ci il təvəllüdlü Hüseynov Hüseyn Bəy­ba­la oğlu və Gürcüstan vətəndaşı 1995-ci il təvəllüdlü Əliyev Anar Ten­giz oğlu saxlanıl­ıblar.

Fakt üzrə keçirilmiş sonrakı əməliyyat-axtarış tədbirləri nəticə­sin­də cinayət əməlinin digər iştirakçısı, hadisə yerindən qaçmış Beylə­qan rayon sakini 1988-ci il təvəllüdlü Həziyev Rahib Ramiq oğlu müəy­yənləşdirilərək saxlanılıb və istintaqa cəlb olunub.


Xəbərə aid fotolar