5 rayon üzrə 125 nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin olunub (FOTO)


Digərləri 11 Okt 2018 11:17:00 261 0

5 rayon üzrə 125 nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin olunub (FOTO)

Fiziki məhdudiyyətli insanlara reabilitasiya vasitələri elə yaşadıqları rayonlara, bir hissəsinə evlərinə aparılaraq təqdim edilib

Bakı. 5 rayon üzrə 125 nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən Quba, Qusar, Siyəzən, Xaçmaz, Şabran rayonlarında yaşayan 125 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa reabilitasiya vasitələri elə yaşadıqları rayonlara, bir hissəsinə isə evlərinə aparılaraq təqdim edilib. Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara xüsusi qayğısı həmin insanların tibbi-sosial reabilitasiyası istiqamətində tədbirlərin ildən-ilə gücləndirilməsinə şərait yaradıb. Bu tədbirlər sırasında reabilitasiya vasitələri ilə təminat da mühüm yer tutur. Eyni zamanda, reabilitasiya sisteminin əlilliyi olan insanlara daha əlçatan olmasının təmin edilməsi üçün müvafiq işlər görülür. Reabilitasiya vasitələrini əldə etmək üçün özlərinin (və ya yaxınlarının) Bakıya gəlmək imkanı olmayan insanlara elə yaşadıqları rayonlarda, rayon mərkəzinə gələ bilməyənlərə isə evlərində həmin vasitələrin təqdim olunması da bu işlərdən biridir.