Bakı Musiqi Akademiyası Bakı Ali Neft Məktəbinin qonağı olub FOTO


Digərləri 11 Okt 2018 11:05:00 301 0

Bakı Musiqi Akademiyası Bakı Ali Neft Məktəbinin qonağı olub  FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) Konqres zalında Azərbaycan və SSRİ Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, professor Fərhad Bədəlbəylinin bədii rəhbərliyilə fəaliyyət göstərən "Baku Chamber Orchestra" Gənclər Kamera Orkestri konsert proqramı ilə çıxış edib.

Son.az xəbər verir ki, orkestr Azərbaycan Respublikasının Xalq artisti, BMA-nın prorektoru, professor Yeganə Axundovanın rəhbərliyi və əməkdar artist Fuad İbrahimovun dirijorluğu altında BANM-ın professor-müəllim heyəti, administrativ heyəti və tələbləri üçün unudulmaz anlar yaşadıblar. Doqquz solistin və on altı orkestr üzvünün yer aldığı Gənclər Kamera Orkestri ölməz bəstəkarlar - Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev, Müslim Maqomayev, Niyazi, Aqşin Əlizadənin müxtəlif mahnılarını ifa edib.

Bütövlükdə orkestrin və gənc solistlərin ifaları BANM kollektivi tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb. BANM-ın rektoru Elmar Qasımov BMA-nın prorektoru, professor Yeganə Axundovaya gözəl ifa və əməkdaşlıq üçün öz təşəkkürünü bildirib.


Xəbərə aid fotolar