11 oktyabr - Beynəlxalq Qız övladları günüdür


Digərləri 11 Okt 2018 11:04:00 243 0

11 oktyabr - Beynəlxalq Qız övladları günüdür

BMT-nin Əhali Fondu Beynəlxalq Qız övladları günü münasibətilə videoçarx hazırlayıb

Bakı. BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi Beynəlxalq Qız övladları günü münasibətilə cinsə görə edilən abortlara qarşı yönəlmiş “404:Not Found” adlı videoçarx ərsəyə gətirib. Trend-in məlumatına görə, videoçarxda qızlara dünyaya gəlmək şansı verildiyi təqdirdə onların cəmiyyətə nə qədər töhfə verə biləcəyi nümayiş etdirilir və selektiv abortların gender əsaslı ayrı-seçkilik nəticəsində qadınların cəmiyyətdə iştirakını məhdudlaşdıran stereotiplərdən qaynaqlanması vurğulanır. 11 oktyabr Beynəlxalq Qız övladları günü kimi dünyanın əksər ölkələrində qeyd olunur. BMT-nin Baş Assambleyasının qərarı ilə 2012-ci ildən təsis olunan bu gün qızların hüquqlarının müdafiəsi, onlar üçün səhiyyə, təhsil və digər imkanların müyəssərliyinin, eyni zamanda cəmiyyətdə gender bərabərliyinin təmin olunmasına diqqətin artırılması məqsədinə xidmət edir.