Daha 62 avtobusun “BakıKart” sisteminə qoşulması planlaşdırılır


Digərləri 11 Okt 2018 10:51:00 230 0

Daha 62 avtobusun “BakıKart” sisteminə qoşulması planlaşdırılır

“Xaliq Faiqoğlu” şirkəti bu ilin sonunadək marşrut xəttindəki 62 avtobusu yeni və müasir avtobusla əvəzləyəcək.

Bakı. Samir Əli - “Xaliq Faiqoğlu” şirkəti bu ilin sonunadək marşrut xəttindəki 62 avtobusu yeni və müasir avtobusla əvəzləyəcək. Bu barədə Trend-də şirkətdən məlumat verilib. Məlumatda bildirilir ki, həmin avtobusların “BakıKart” sisteminə qoşulması planlaşdırılır: "15 ilə yaxındır Bakı şəhərində sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” MMC 2015-ci ildən korporativ idarəetmə standartlarının tətbiqinə başlayıb. Yerli və xarici maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər hesabına son üç ildə avtobus parkını beynəlxalq və ekoloji standartlara cavab verən avtobuslarla mütəmadi yeniləyən yeganə özəl daşıyıcı olan şirkət 1 sentyabr 2016-cı il tarixindən istismarında olan avtobuslarda elektron ödəniş sisteminin (Bakı Kart) tətiqinə başlayıb və hal-hazırda 14 marşrut xəttindən 9-da “Bakı Kart” sistemi mövcuddur. Ümumilikdə isə şirkət 226 sərnişin avtobusu ilə əhaliyə xidmət göstərir və onlardan 164-də kartla ödəmə sistemi tətbiq edilir".