Təhsil naziri: Bu il rekord sayda - 41 min abituriyent tələbə adını qazanıb


Digərləri 11 Okt 2018 10:47:00 190 0

Təhsil naziri: Bu il rekord sayda - 41 min abituriyent tələbə adını qazanıb

Bu gün Bakıda 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb.

Bakı. İlhamə İsabalayeva - Bu gün Bakıda 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb. Trend-in məlumatına görə, açılış mərasimində çıxış edən təhsil naziri Ceyhun Bayramov bildirib ki, “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən sərgi dünyanın 12 ölkəsindən 130-dan çox iştirakçını bir araya gətirib. Təhsil Nazirliyinin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatların ayrı-ayrı pavilyonlarda əksini tapdığını vurğulayan nazir sərginin ziyarətçilər üçün faydalı olacağını deyib. C.Bayramov qeyd edib ki, ölkə başçısı İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın imzalanmasından ötən 5 il ərzində təhsilin müxtəlif pillələrini əhatə edən istiqamətlər üzrə mühüm dövlət sənədləri qəbul edilib və layihələr həyata keçirilib.