Kadırovdan xuliqan çeçenə: "İlk reyslə Qroznıya gəl" VİDEO


Dünya 11 Okt 2018 10:34:00 259 0

Kadırovdan xuliqan çeçenə: "İlk reyslə Qroznıya gəl"  VİDEO

Çeçenistan rəhbəri Ramzan Kadırov metroda tanımadığı şəxslərə içki bankası ilə hücum edən və bunu videoya çəkən çeçenin Qroznıya gəlməsini tələb edib.

Son.az oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı region rəhbəri "Telegram" kanalında yazıb.

Kadırov şərəflərinə toxunulan gənclərdən üzr istəyib və istifadəçilərdən hücum edən şəxsin əlaqə nömrəsini istəyib. Çeçenistan rəhbəri həmin şəxsə müraciət edib:

"Bu dəqiqə ilk reyslə Qroznıya qayıt və yaxınlarınla yanıma gəl! Əks halda səni tapacaqlar. Sənin hərəkətlərinin "Axmat" klubuna heç bir aidiyyəti yoxdur", - Kadırov bildirib.