Hindistan güclü qasırğanın astanasında: insanlar təxliyə edilir


Digərləri 11 Okt 2018 10:37:00 195 0

Hindistan güclü qasırğanın astanasında: insanlar təxliyə edilir

Bu gün Orissada əksər dövlət qurumları bağlanıb. İctimai nəqliyyat işləmir.

Bakı. Güclü "Titli" qasırğasının yaxınlaşması ilə əlaqədar Hindistanın Orissa ştatının 5 sahilboyu rayonundan təqribən 300 min insanın təxliyəsinə başlanılıb. Trend-in məlumatına görə, qasırğa, sürəti saatda 140-150 km-ə çatan küləyin sürəti tezliklə Orissanı bol yağıntılara qərq edəcək. Sonra qasırğanın şimala tərəf, Qərbi Benqaliya ştatına üz tutacağı bildirilir.