Avrasiya ölkələri spikerlərinin görüşündə Dağlıq Qarabağ məsələsi gündəmə gətirilib


Siyasət 11 Okt 2018 10:11:00 59 0

Avrasiya ölkələri spikerlərinin görüşündə Dağlıq Qarabağ məsələsi gündəmə gətirilib

Avrasiya ölkələri parlament sədrlərinin üçüncü görüşündə Dağlıq Qarabağ məsələsi gündəmə gətirilib.

Son.az Trend-ə istinadən bildirir ki, görüşdə çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, Avrasiya qitəsində yaşayan xalqların firavan gələcəyi yalnız qarşılıqlı surətdə faydalı iqtisadi əməkdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət, humanizm və tolerantlıq əsasında qurula bilər.

O.Əsədov bildirib ki, təəssüflər olsun ki, Avrasiya məkanında alovlanmaqda olan müharibə və münaqişə ocaqları, o cümlədən ölkəmizin zorla cəlb edildiyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi geniş bir bölgənin inkişaf imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqda davam edir:

"Ermənistan silahlı qüvvələri 25 ildən çoxdur ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisinin 20 faizini, yəni Dağlıq Qarabağ regionunu və onun ətrafındakı 7 rayonu işğal edib. Aparılan etnik təmizləmə nəticəsində Ermənistan ərazisindən və Azərbaycanın işğal olunmuş torpaqlarından 1 milyon dinc sakin qovulub, didərgin salınıb. Azərbaycanlı əhaliyə qarşı bir neçə soyqırımı cinayəti törədilib".

Spiker vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrində, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamədə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə təsdiqlənib və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilib:

"Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının müxtəlif illərdə qəbul etdikləri qətnamələrdə də Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün ərazilərdən çıxarılması tələb olunub, yurdlarından didərgin düşmüş şəxslərin öz torpaqlarına geri dönməsi hüququ təsdiq edilib. Təəssüf ki, münaqişənin həll edilməsi üçün bu günədək göstərilən beynəlxalq səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə verməyib. Hər kəsə aydın olmalıdır ki, vəziyyətin bu cür qalması, münaqişənin nizama salınmaması nəinki Cənubi Qafqaz regionunda, həm də Avrasiya qitəsində və bütün dünyada sülh və sabitlik üçün daim təhlükə mənbəyidir. Əminəm ki, bu məsələdə beynəlxalq birlik, nəhayət, öz qəti sözünü deməli və münaqişə beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları, xüsusən dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həllini tapmalıdır".

İrandan Azərbaycana narkotik vasitələr keçirməyə cəhd edən 3 nəfər saxlanılıb (FOTO) like
  • 11 Okt 10:08  
Digərləri İrandan Azərbaycana narkotik vasitələr keçirməyə cəhd edən 3 nəfər saxlanılıb (FOTO)

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahə­sində

arrow Ətraflı
Ağır qəzada DSX əməkdaşının azyaşlı qızı öldü like
  • 11 Okt 10:07  
Digərləri Ağır qəzada DSX əməkdaşının azyaşlı qızı öldü

Dövlət Sərhəd Xidmətinin əməkdaşı azyaşlı qızı ilə birlikdə yol q

arrow Ətraflı
Bakı Musiqi Akademiyası Bakı Ali Neft Məktəbinin qonağı olub (FOTO) like
  • 11 Okt 10:04  
Digərləri Bakı Musiqi Akademiyası Bakı Ali Neft Məktəbinin qonağı olub (FOTO)

Bakı Ali Neft Məktəbinin (BANM) Konqres zalında Azərbaycan və SSRİ Xalq a

arrow Ətraflı
Makron xanımı ilə İrəvanda like
  • 11 Okt 10:02  
Dünya Makron xanımı ilə İrəvanda

Emmanuel Makron həyat yoldaşı Brijit Makronla birlikdə İrəvana səfərə g

arrow Ətraflı
Samsungdan "ağıllı saat"  Galaxy Watch like
  • 11 Okt 10:00  
Digərləri Samsungdan "ağıllı saat" Galaxy Watch

"Ağıllı saatlar" haqqında ilk məlumata Yan Fleminqin romanlarınd

arrow Ətraflı
Cəlilabadda yük maşını DSX zabiti və 4 yaşlı qızı olan maşını vurdu, uşaq öldü like
  • 11 Okt 09:56  
Digərləri Cəlilabadda yük maşını DSX zabiti və 4 yaşlı qızı olan maşını vurdu, uşaq öldü

Dövlət Sərhəd Xidmətinin əməkdaşı azyaşlı qızı ilə birlikdə yol q

arrow Ətraflı
Ovlanmasına icazə verilən heyvan növlərinin SİYAHISI açıqlanıb like
  • 11 Okt 09:47  
Digərləri Ovlanmasına icazə verilən heyvan növlərinin SİYAHISI açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ovlanmasına icazə verilən heyvan

arrow Ətraflı
Millimiz Farer adaları ilə qarşılaşır like
  • 11 Okt 09:46  
İdman Millimiz Farer adaları ilə qarşılaşır

Bu gün futbol üzrə Azərbaycan milli komandası UEFA Millətl

arrow Ətraflı
Azərbaycanda fiziki şəxslərin əmanətlərinin həcmi 16 faizdən çox artıb like
  • 11 Okt 09:40  
Digərləri Azərbaycanda fiziki şəxslərin əmanətlərinin həcmi 16 faizdən çox artıb

Azərbaycanda 2018-ci il avqustun sonuna olan vəziyyətə görə fiziki şəxsl

arrow Ətraflı
Təyyarə şəhərdə, binaların arasında uçdu like
  • 11 Okt 09:39  
Digərləri Təyyarə şəhərdə, binaların arasında uçdu

Avstraliyanın Brisben şəhərinin minlərlə sakini binaların arasında uçan

arrow Ətraflı
Möhtəşəm, dəbdəbəli villa satılır  FOTO like
  • 11 Okt 09:35  
Digərləri Möhtəşəm, dəbdəbəli villa satılır FOTO

İtaliyadakı Komo gölünün sahilində "Villa Passalacqua" adlı sup

arrow Ətraflı