Azərbaycanda fiziki şəxslərin əmanətlərinin həcmi 16 faizdən çox artıb


Digərləri 11 Okt 2018 09:40:00 213 0

Azərbaycanda fiziki şəxslərin əmanətlərinin həcmi 16 faizdən çox artıb

Azərbaycanda 2018-ci il avqustun sonuna olan vəziyyətə görə fiziki şəxslərin banklarda əmanətlərinin həcmi 8,02 milyard manat təşkil edib

Bakı. Taleh Mursaqulov - Azərbaycanda 2018-ci il avqustun sonuna olan vəziyyətə görə fiziki şəxslərin banklarda əmanətlərinin həcmi 8,02 milyard manat təşkil edib. Trend bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən məlumat verir. Ötən ilin eyni dövrü ilə müqayisədə əmanətlərin həcmi 16,4 faiz, 2018-ci ilin əvvəlindən isə 6,9 faiz artıb. Əmanətlərin 63 faizi və ya 5,05 milyardı xarici valyutada yerləşdirilib.