Təyyarə şəhərdə, binaların arasında uçdu


Digərləri 11 Okt 2018 09:39:00 211 0

Təyyarə şəhərdə, binaların arasında uçdu

Avstraliyanın Brisben şəhərinin minlərlə sakini binaların arasında uçan təyyarəni görəndə bərk qorxublar. Xoflanmış sakinlər belə tryuku axmaqlıq və sarsaqlıq adlandırıblar.

Bəziləri isə olayı 2001-ci ilin sentyabrın 11-də Nyu-Yorkda yaşanmış faciəni xatırlatmağa vadar etdiyini söyləyiblər.

Son.az Daily Mail-ə istinadən bildirir ki, səbəb Avstraliyanın Kral Hərbi-Hava Qüvvələrinin (Royal Australian Air Force, RAAF) Boeing C-17 hərbi-nəqliyyat təyyarəsinin şəhərdə aviatryük gerçəkləşdirməsi olub.

Təyyarə "Sunsuper Riverfire" festivalı əsnasında Brisben şəhərinin mərkəzindəki Riverfeyr və Souz Benk səmtlərində uçub.


Xəbərə aid fotolar