"Azərbaycan həm daxili, həm də xarici siyasətdə qarşısına qoyduğu hədəflərə nail olub"


Siyasət 11 Okt 2018 09:07:00 57 0

"Azərbaycan həm daxili, həm də xarici siyasətdə qarşısına qoyduğu hədəflərə nail olub"

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Azərbaycanın 9 ay ərzində həm daxili, həm də xarici siyasətində qazanılmış uğurlar və onu fərqləndirən amillər, qarşıda duran vəzifələr haqqında təhlillər apardı.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında millət vəkili, politoloq Elman Nəsirov deyib.

E.Nəsirovun sözlərinə görə, 2018-ci il Azərbaycan üçün uğurlu ildir: "Bunu cənab Prezident də çıxışında vurğuladı. Ən önəmlisi odur ki, bu 9 ay ərzində Azərbaycanda sabitlik olub, əhali əmin-amanlıq şəraitində və təhlükəsiz yaşayıb. Qonşu regionlarda və ölkələrdə qorxulu proseslərin getdiyini nəzərə alsaq, Azərbaycanda sabitlik çox ciddi nailiyyətimizdir. Təbii ki, bunun da əsasında Azərbaycan xalqı ilə iqtidarının birliyi dayanır. Bu bizim uğurlarımızın əldə olunmasında əsas amildir. 9 ay ərzində də bütün bu nailiyyətlərin əsasında Azərbaycan əhalisinin sosial rifahı dayanır".

Millət vəkili bildirib ki, bu dövrdə Azərbaycanın xarici siyasəti kifayət qədər uğurlu olub: "Bu müddətdə Prezident İlham Əliyev 12 ölkəyə səfər edib. 15 ölkənin dövlət və hökumət başçılarının Azərbaycana səfərləri olub. Bu faktlar Azərbaycanın xarici siyasətinin səmərəliliyinin nəticəsidir. Eyni zamanda, xarici siyasətimizdə Azərbaycanın qonşu ölkələrlə münasibəti xüsusi yer tutur. Biz bu sahəyə də xüsusi önəm veririk. Eyni zamanda Azərbaycanın müsəlman ölkələri ilə əlaqələri inkişaf edir. Azərbaycan bu gün islam həmrəyliyinə çox ciddi töhfələr verən dövlətdir. İslam Əməkdaşlıq Təşkilatı ilə, təşkilata üzv olan ölkələrlə əlaqələrimizi xeyli inkişaf etdirmişik. Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələri inkişaf etdirilib. Avropa İttifaqı ilə bu il imzalanmış "Tərəfdaşlıq prioritetləri" sənədinin isə bir çox üstün cəhətləri var. Xüsusilə də bu sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində həll olunması öz əksini tapıb. Eyni zamanda NATO-nun son sammitinin yekun bəyannaməsində də münaqişələrin ərazi bütövlüyü prinsipi çərçivəsində nizamlanması məsələsi öz əksini tapıb".

E.Nəsirov deyib ki, Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də öz çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə xüsusi diqqət ayırdı:

"Dövlətimizin başçısı qeyd etdi ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır, heç bir zaman ərazi bütövlüyü məsələsi danışıqlar predmeti olmayıb və olmayacaq da. Cənab Prezident münaqişənin tənzimlənməsi ilə bağlı mövcud formata diqqət ayırdı. Qeyd etdi ki, danışıqlar yalnız Azərbaycan və Ermənistan rəhbərliyi arasında aparılmalıdır. Bu da təsadüfi deyil, çünki Ermənistanın yeni rəhbərliyi israrlı idi ki, danışıqlarda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim də tərəf kimi çıxış eləsin. Halbuki Azərbaycanın Dağlıq Qarabağla bağlı heç bir ərazi iddiası yoxdur, çünki Dağlıq Qarabağ Azərbaycanın əzəli, hüquqi və tarixi torpaqlarıdır. İddia Ermənistanındır və bu ölkə hələ də işğalçılıq siyasətini həyata keçirir. Prezident İlham Əliyev bu məsələdə qətiyyətli mövqeyini ortaya qoydu".

Politoloq qeyd edib ki, 9 ayın yekunları bunu deməyə əsas verir ki, Azərbaycanın həm daxili, həm də xarici siyasətdə qarşısına qoyduğu hədəflərə nail olunub.

Yeni şrift mətni daha yaxşı yadda saxlamağa kömək edəcək like
  • 11 Okt 08:59  
Digərləri Yeni şrift mətni daha yaxşı yadda saxlamağa kömək edəcək

Melburn Kral Texnologiya Universiteti insanlara oxuduqlarını yadda saxlamağa

arrow Ətraflı
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub like
  • 11 Okt 08:58  
Digərləri Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Sumqayıtda quyuya düşən şəxs xilas edilib like
  • 11 Okt 08:58  
Digərləri Sumqayıtda quyuya düşən şəxs xilas edilib

Sumqayıtda 1 nəfər çirkab su quyusuna düşüb.

arrow Ətraflı
Həşəratlar bitkilərə köçürüləcək like
  • 11 Okt 08:55  
Digərləri Həşəratlar bitkilərə köçürüləcək

ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri A

arrow Ətraflı
"Maykl" qasırğası ABŞ sahillərinə çatıb  FOTO like
  • 11 Okt 08:53  
Dünya "Maykl" qasırğası ABŞ sahillərinə çatıb FOTO

"Maykl" qasırğası ABŞ ərazisinə çatıb və Florida ştatının

arrow Ətraflı
İlk Facebook qurğusu buraxılıb like
  • 11 Okt 08:51  
Digərləri İlk Facebook qurğusu buraxılıb

"Facebook" şirkəti "Messenger" əlavəsi vasitəsilə vide

arrow Ətraflı
Meksikalı skripka ifaçısı Bakıda konsert verib like
  • 11 Okt 08:48  
Digərləri Meksikalı skripka ifaçısı Bakıda konsert verib

Meksika mədəniyyətini Azərbaycanda təşviq etmək, eyni zamanda ikitərəfl

arrow Ətraflı
macOSda  təhlükəli boşluq aşkarlanıb like
  • 11 Okt 08:46  
Digərləri macOSda təhlükəli boşluq aşkarlanıb

Kompüter proqramlarının hazırlanması sahəsi üzrə ekspert Tomas Rid "

arrow Ətraflı
Kompüteriniz üçün maraqlı FOTOSESSİYA like
  • 11 Okt 08:45  
Digərləri Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

Son.az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

arrow Ətraflı
Turistlər üçün ən bahalı şəhərlər reytinqinə Dubay başçılıq edir like
  • 11 Okt 08:44  
Digərləri Turistlər üçün ən bahalı şəhərlər reytinqinə Dubay başçılıq edir

Turistlər üçün ən bahalı şəhərlər reytinqində birinci yerdə Dubay q

arrow Ətraflı
Facebooka qarşı istintaq başlandı like
  • 11 Okt 08:41  
Digərləri Facebooka qarşı istintaq başlandı

Məlumatların qorunması üzrə İrlandiya komissiyası 50 milyon Facebook isti

arrow Ətraflı
Rusiya futbolçuları Kokorin və Mamayev saxlanılıb like
  • 11 Okt 08:38  
Dünya Rusiya futbolçuları Kokorin və Mamayev saxlanılıb

Rusiyalı futbolçular Pavel Mamayev və Aleksandr Kokorin xuliqanlıq işi üzr

arrow Ətraflı
ABŞ-da təyyarə təcili eniş etdi: səbəb mühərrik nasazlığı like
  • 11 Okt 08:36  
Digərləri ABŞ-da təyyarə təcili eniş etdi: səbəb mühərrik nasazlığı

"United Airlines" aviaşirtkətinin təyyarəsi havaya qalxdıqdan sonra təcili

arrow Ətraflı
"Voyager2" Günəş sistemini tərk etməyə hazırlaşır like
  • 11 Okt 08:35  
Digərləri "Voyager2" Günəş sistemini tərk etməyə hazırlaşır

ABŞ Kosmik Agentliyinin (NASA) "Voyager-2" kosmik aparatı ulduzlarar

arrow Ətraflı