Həşəratlar bitkilərə köçürüləcək


Digərləri 11 Okt 2018 08:55:00 236 0

Həşəratlar bitkilərə köçürüləcək

ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (Defence Advanced Research Project Agency - DARPA) bitki genlərinin dəyişdirilməsi üçün həşəratlardan istifadə imkanını öyrənir.  

Son.az ICTnews-a istinadən bildirir ki, məlumata görə, alimlər həşəratların genini dəyişməklə onları geni modifikasiya edilmiş virusların kənd təsərrüfatı bitkilərinə köçürülməsi üçün istifadə etməyi planlaşdırırlar.

Beləliklə, tədqiqatçılar bitkilərdə xəstəlik, quraqlıq və onlar üçün digər tipik təhlükələrə qarşı immunitet yaratmaq istəyirlər.