Sumqayıtda quyuya düşən şəxs xilas edilib


Digərləri 11 Okt 2018 08:58:00 222 0

Sumqayıtda quyuya düşən şəxs xilas edilib

Sumqayıtda 1 nəfər çirkab su quyusuna düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, Sumqayıt şəhərində 1 nəfər çirkab su quyusuna düşərək köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri vətəndaşı quyudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.​​