Meksikalı skripka ifaçısı Bakıda konsert verib


Digərləri 11 Okt 2018 08:48:00 287 0

Meksikalı skripka ifaçısı Bakıda konsert verib

Meksika mədəniyyətini Azərbaycanda təşviq etmək, eyni zamanda ikitərəfli mədəni əlaqələri gücləndirmək məqsədilə Meksikanın Azərbaycandakı Səfirliyi, Landmark oteli ilə əməkdaşlıq əsasında meksikalı caz musiqiçi Eduardo Bortolottinin konsertini təşkil etdi.

Son.az Trend-ə istinadən bildirir ki, konsert oktyabrın 10-da adıçəkilən oteldə baş tutdu. Bakıda ilk dəfə çıxış edən meksikalı musiqiçi yerli tamaşaçılar tərəfindən isti qarşılandı.

Bəstəkar və skripka ifaçısı Eduardo Bortolotti Meksikanın Puebla şəhərində dünyaya göz açıb. Peşəkar təhsilini Puebla Muxtar Universitetində başlayıb. Caz musiqisi sahəsində təhsilini davam etdirmək üçün 2012-ci ildə Polşaya köçdü. Çexiya, Polşa, Turkiyə və Kiprda baş tutan müxtəlif konsertlərdə çıxış edərək ənənəvi Meksika musiqisini təmsil edib.