Turistlər üçün ən bahalı şəhərlər reytinqinə Dubay başçılıq edir


Digərləri 11 Okt 2018 08:44:27 211 0

Turistlər üçün ən bahalı şəhərlər reytinqinə Dubay başçılıq edir

Turistlər üçün ən bahalı şəhərlər reytinqində birinci yerdə Dubay qərarlaşıb, burada turistlər orta hesabla 537 dollar xərcləyir.

Bakı. Turistlər üçün ən bahalı şəhərlər reytinqində birinci yerdə Dubay qərarlaşıb, burada turistlər orta hesabla 537 dollar xərcləyir. Trend-in məlumatına görə, bunu "Mastercard" "Global Destination Cities Index" reytinqində bildirir. Reytinqin ikinci pilləsində Parisdi (301 dollar), üçlüyü Sinqapur şəhəri tamamlayır (286 dollar). Bundan başqa, ilk beşliyə Seul (181 dollar) və Banqkok (173 dollar) daxil olub.