"Voyager2" Günəş sistemini tərk etməyə hazırlaşır


Digərləri 11 Okt 2018 08:35:00 296 0

"Voyager2" Günəş sistemini tərk etməyə hazırlaşır

ABŞ Kosmik Agentliyinin (NASA) "Voyager-2" kosmik aparatı ulduzlararası sahənin sərhədlərinə yaxınlaşır.

Son.az ICTnews-a istinadən bildirir ki, məlumata görə, "Voyager-2" peyki 20 avqust 1977-ci ildə Günəş sisteminin uzaq planetlərinin tədqiqi üçün "Voyager" proqramı çərçivəsində buraxılıb. Bu, Uran və Neptuna çatan ilk və yeganə aparatdır. "Voyager-2" səyahət etdiyi illər ərzində təxminən 17,7 milyard km uçub ki, bu da Yerdən Günəşədək olan məsafəni 118 dəfə üstələyir. "NASA" nümayəndələri bildirib ki, aparat tərəfindən Günəş sisteminin kənarında mövcud olan kosmik şüaların enerjisinin artımı qeydə alınıb. Bu isə ondan xəbər verir ki, aparat heliosferin (heliosphere) sərhədlərinin sonuna yaxınlaşıb. "Voyager-2" onun kənarından çıxdıqdan sonra insan tərəfindən yaradılan ulduzlararası sahəyə daxil olan ikinci obyekt ("Voyager-1" aparatından sonra) olacaq.