Dünyadakı bütün hemofiliyalı xəstələr üçün beynəlxalq elektron kartlar yaradılacaq


Digərləri 11 Okt 2018 08:20:00 234 0

Dünyadakı bütün hemofiliyalı xəstələr üçün beynəlxalq elektron kartlar yaradılacaq

Dünyadakı hemofiliyalı xəstələrin tibbi yardım almaq imkanlarını genişləndirmək məqsədilə beynəlxalq elektron kartlar yaradılacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova deyib.

Onun sözlərinə görə, hemofiliyalı xəstələr bu kart vasitəsilə harada olmasından asılı olmayaraq - istər ölkə daxilində, istərsə də ölkə xaricində lazımi tibbi xidmətlə təmin olunacaq.

G.Hüseynova qeyd edib ki, hemofiliyalı xəstələrin belə bir kartdan istifadə edə bilməsi üçün bu xəstələrin beynəlxalq reyestrinin də yaradılması çox vacibdir.

Bu məsələnin Dünya Hemofiliya Federasiyası tərəfindən artıq bütün ölkələrə təklif edildiyini deyən assosiasiya rəhbəri əlavə edib ki, Azərbaycan Səhiyyə Nazirliyi razılıq verəcəyi təqdirdə ölkəmizdəki hemofiliyalı xəstələr barəsində məlumatlar həmin reyestrə daxil ediləcək.