Belçika Çin məmurunu ABŞa yollayıb


Dünya 11 Okt 2018 08:10:00 248 0

Belçika Çin məmurunu ABŞa yollayıb

Belçika Amerika tərəfinin sorğusu əsasında aprel ayında həbs olunmuş Çinin Daxili Təhlükəsizlik Nazirliyinin əməkdaşını ABŞ-a ekstradisiya edib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.

İdarənin məlumatına görə, Syu Xuey və Çjan Xuey adları ilə tanınan Syu Yantszünə qarşı bir sıra kosmik və aviasiya şirkətinin kommersiya sirlərini oğurlamaq məqsədi ilə iqtisadi casusluq ittihamı irəli sürülüb.