iPad Pro 2018 haqqında yeni məlumatlar


Digərləri 11 Okt 2018 07:51:00 307 0

iPad Pro 2018 haqqında yeni məlumatlar

Yeni məlumat sızıntılarına əsasən Apple şirkəti bu ayın sonunda yeni iPad Pro modelini təqdim etməlidir. Hələ 1 il bundan öncə məşhur analitik Ming-Chi Kuo proqnoz etmişdi ki, yeni iPad Pro modelində TrueDepth kamerası olacaq. Beləliklə yeni məlumat sızıntıları bu ilki iPad Pro modelində Face ID texnologiyasının olacağını təsdiqləyib. Bununla yanaşı iPad Pro-da olacaq Face ID texnologiyası həm landşaft rejimində həmdə portret rejimində çalışacaq.

Son.az technote.az-a istinadən bildirir ki, bundan əlavə olaraq qeyd olunub ki, planşetin ekranında çıxıntı hissə olmayacaq. Planşetin ətrafındakı çərçivələr isə maksimal dərəcədə nazikləşdiriləcək. Lakin TrueDepth kamerasının yerləşdirilməsi üçün yenə də bir qədər qalın çərçivədən istifadə olunacaq. Bununla yanaşı yeni iPad Pro modeli iOS cihazlar arasında ilk dəfə olaraq Lightning girişi yerinə USB-C girişi ilə təchiz oluna bilər. Beləliklə planşet vasitəsilə kənar ekranlarda 4K və HDR videoları əks etdirmək mümkün olacaq. Yeni iPad Pro modeli ilə birlikdə həmçinin yeni nəsil Apple Pencil stilusu da təqdim oluna bilər.