Səcdələrin və rükuların sayında teztez çaşan adam nə etməlidir?


Digərləri 11 Okt 2018 07:31:00 254 0

Səcdələrin və rükuların sayında teztez çaşan adam nə etməlidir?

Bunun qarşısını almaq üçün müxtəlif vasitələrdən istifadə etmək olar. Məsələn, indi səcdələri sayan xüsusi möhürlər satılır. Bu möhürlərin üzərinə səcdə edildikdə onların sayını göstərən rəqəm görünür. Yaxud əl altında olan üsullar da işə yaraya bilər. Məsələn, hər rükətdə təsbehi bir dəfə qatlamaqla və ya əl altında olan kibrit çöpləri vasitəsilə (qiblədən dönməmək şərti ilə hər rükətdə bir kibrit çöpünü götürməklə) hesabat aparmaq mümkündür.