Tərviyə günü hansı gündür?


Digərləri 11 Okt 2018 07:11:00 305 0

Tərviyə günü hansı gündür?

Tərviyə - zilhiccə ayının 8-ci gününə verilmiş addır. Ərəb dilindən tərcümədə "su içirmək" və ya "dəvənin belinə yük yığıb iplə bağlamaq" mənalarını verir. Bunun səbəbi də budur ki, keçmişdə Məkkə ətrafındakı çöllərdə su olmadığı üçün, həmin gün hacılar adətən Məkkədə su içəndən sonra Minaya sarı yola çıxırdılar və özləri ilə bol su aparırdılar. Həmçinin, ərəblərdə dəvəni yükləmək - səfərə çıxmaq mənasını verir. Tərviyə günü hacılar Məkkə şəhərindən bir neçə kilometr məsafədə olan Mina çölünə getdikləri üçün, o günə səfərlə bağlı olan ad verilmişdir. Tərviyə günü günortadan sonra Məkkədən çıxıb Minaya getmək və gecəni Minada qalmaq müstəhəbdir.